Bu gün iPhone-un yeni modelləri təqdim olunacaq - Sızdırılan FOTOlar və ilkin məlumatlar

12 Sentyabr 2018 10:19

Dünyanın ən bahalı şirkəti olan "Apple" hər il olduğu kimi bu gün Kaliforniyada yeni məhsullarını təqdim edəcək. Təqdimat saat 10-da Steve Jobs Theatre-da baş tutacaq.

Milli.Az xəbər verir ki, bu gün 3 yeni iPhone modeli, 4-cü seriya iWatch və iPad Pro təqdim olunacaq.

iPhone-un yeni modelləri XS, XC və XS Max adlanır. Onlar ekran ölçülərinə və qiymətlərinə görə fərqlənirlər.

İlkin versiyalara görə, qiymətlər 800 dollardan başlayıb, 1300 dollara qədər bahalaşır.

4-cü seriya iWatch isə 15 faiz daha geniş ekrana və böyük batareyaya malikdir. Yeni modeldə yuxu rejimini ölçmə cihazı və ürəkdöyüntülərini hesablama qurğusu daha da təkmilləşdirilib.

Qeyd edək ki, bu il ilk dəfə olaraq təqdimatı Twitter-dən canlı izləmək mümkün olacaq.

Milli.Az bildirir ki, təxminən 24 saat sonra köhnə iPhone modellərinin qiyməti 25 faizə qədər düşəcək. Bu barədə "Metro" nəşri məlumat yayıb.

Bəxtiyar Umarlı
Milli.Az