Depressiyaya qarşı əla vasitə

13 Sentyabr 2018 23:55

Tərkibindəki bol miqdardakı vitamin və minerallar sayəsində noxud sağlamlıq baxımından bir çox fayda verir. O, xolesterolun sağlam bir səviyyədə tutulmasından, həzm sistemi sağlamlığına qədər çox geniş bir miqyasda səhiyyə baxımından faydalıdır və tərkibindəki bol miqdardakı liflər köməyiylə ümumi mənada həzm sistemi sağlamlığını qoruyur. Liflər bundan əlavə, başda kolon xərçəngi olmaq üzrə həzm sistemi və bağırsaq xəstəliklərinə tutulma riskini azaldlr.

Digər tərəfdən noxud, xoşbəxtlik hormonlarına təsir edərək, xoşbəxtlik və dinclik hissini təmin edir. Yəni depressiyaya maneə törədir.

Yaxşı bir enerji mənbəyidir. Yaddaşı gücləndirərək öyrənməyi asanlaşdırır.

Noxud suyu ağciyəri təmizlədiyi kimi, sərbəst radikalların səbəb olduğu zərərlərdən ağciyəri qoruyur. Noxud suyu yaraların tez müddətdə yaxşılaşmasını təmin edir. Revmatizm və xüsusilə kürək ağrılarına qarşı yaxşı təsir göstərir. Noxud suyunun ağrı olan hissəyə tətbiq olunması kifayətdir. Noxud suyu diş ağrılarını aradan qaldırır, ağız təmizliyini təmin edir, tərkibindəki antioskidantlar sayəsində, ağızda sərbəst radikalları və zərərli bakteriyaları təmizləyir.

Milli.Az