Kökəlmək istəyənlərə məsləhətlər

11 Sentyabr 2018 19:08

İnsanların bir çoxu olduğu çəkidən narazıdır. Arıqlamağa çalışanlarla yanaşı kökəlmək istəyən insanlar da az deyil.

Milli.Az axşam.az-a  istinadən kökəlmək üçün lazımı qidaları təqdim edir:

1. Gün ərzində qəlyanaltı saatlarından birində südlü şirniyyat yeməyi unutmayın. Bu tip şirniyyatlar protein və kalsium yığmanıza kömək edir, eyni zamanda kökəlməniz üçün də yardımçı olacaq. Südlü şirniyyatın üzərinə qoz, fındıq, yerfındığı da əlavə edə bilərsiniz.

2. Səhər yeməyində çay yerinə təzə sıxılmış meyvə suyu, ya da süd için. Beləcə, səhər menyusunun enerji tərkibini də yüksəltmiş olarsınız. Təzə sıxılmış meyvə suyu vitamin qaynağıdır, immuniteti gücləndirir. 1 iri stəkan meyvə suyunun kalori tərkibi 3-5 pors meyvə ilə uyğundur. Meyvə şirəsini köp verməsin deyə səhər yeməyindən sonra da içə bilərsiniz.

3. Maye qəbuluna nəzarət edin. Gündəlik təxminən 1,5-2 litrdən çox su içməməyə çalışın. Həddən çox su içmək mədəni doldurur və toxluq hissi yaradır.

4. Bəziləri kökəlmək üçün çox yağlı yeməyin doğru olduğunu düşünür, amma belə deyil. Yetərli miqdarda yağ tərkibli qidalar yemək daha düzgündür. Kökəlmək istəyirsinizsə, bol kərə yağlı qidalar yemək yerinə zeytun yağlı qidalar yeyin. Bişirilən yeməklərinizdə qarğıdalı, günəbaxan kimi duru yağlar istifadə edin.

5. Yemək yediyiniz ortam rahat olmalıdır. İştaha psixoloji amillərdən də təsirlənir. Stressli bir ortamda yemək yemək heç bir zövq verməz. Sizin üçün rahat və zövqverici bir yer olmasına diqqət edin.

6. İdman edin. Sağlam və xoşbəxt bir həyat üçün idman etməlisiniz. Əzələ artımına səbəb olacaq idman hərəkətləri edə bilərsiniz. Amma mütləq mütəxəssis yardımı almalısınız.

7. Kalori və qida dəyəri yüksək olan qidaları yeyin. Məsələn, qoz, fındıq, fıstıq, quru meyvələr, südlü şirniyyatlar, evdə hazırlanmış kekslər, bəhməz.

Milli.Az