Zərərli kompüter proqramlarının yayılma mərkəzləri açıqlandı

3 Aprel 2010 15:19
Bu ilin mart hesabatında zərərli proqramların Çin mənşəli olduğu açıqlanıb. Çinin Shaoxing şəhəri 21,3% nisbətlə siyahıda birinci yeri tutur. İkinci sırada isə 16,5% faiz nisbətlə Taipei şəhəridir. "Symantec" firmasının hesabatına görə, bütün zərərli proqramların məskəni kimi 3-cü yeri 14,8% nisbətlə London şəhəri durur.

Ölkələr arasında isə zərərli proqramların mərkəzi kimi Çin, Rumınıya, ABŞ ilk sıraları tutur. Macarıstan isə ən çox lazımsız spamların hədəfidir. İngiltərə fishing (yemləmə) hücumlarına məruz qalan ölkələr arasında 1-ci yerdədir. Hesabata görə, mart ayında İngiltərədə göndərilən hər 254 e-poçtdan biri yemləmə hücumu etmək üçün göndərilib.

Vüsalə
Milli.Az