"Neftçi" və "Qarabağ"ın futbolçuları 13:0-lıq qələbədə iştirak etdilər

11 Sentyabr 2018 12:09

"Qarabağ"ın futbolçusu Donald Gerrye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının heyətində növbəti oyunlarını keçiriblər.  

Milli.Az xəbər verir ki, Haiti KONKAKAF Milli Liqası çərçivəsində doğma meydanda Sent-Martin millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə (13:0) başa çatıb. 

"Neftçi"nin futbolçusu komandasının 12-ci qolunun müəllifi olub. Gerrye isə adını tabloya yazdırmağı bacarmayıb. Futbolçular sabah klublarının düşərgəsinə qayıdacaqlar. 

Qeyd edək ki, Soni Mustivar 2013-cü ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 10 oyun keçirib. Gerrye isə 42 dəfə milli formanı geyinib.

Milli.Az