Əliyar Ağayevin idarə etdiyi oyunda 6 qol, 1 penalti, 2 sarı vərəqə - VİDEO - FOTO

11 Sentyabr 2018 10:56

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti oyununu idarə edib.

Milli.Az xəbər verir ki, gənc referi yoxlama oyunları çərçivəsində Rusiya - Çexiya matçında ədaləti qoruyub.  

Qarşılaşma Rusiyanın böyükhesablı qələbəsi ilə başa çatıb. Şimal qonşularımız rəqibini 5:1 hesabı ilə darmadağın edib. Əliyar Ağayev qarşılaşmada 2 dəfə cibinə atmalı olub. O, Çexiya millisinin üzvləri - Yan Boril və Tomas Sukeki sarı vərəqə ilə cəzalandırıb. O, həmçinin çexlərin qapısına penalti təyin edib.

Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov köməklik ediblər.  

Rusiya - Çexiya 5:1

QOLLAR: Aleksey İonov, 8, 29 (pen), Anton Zabolotni, 24, Aleksandr Yeroxin, 78, Dmitri Poloz, 83 - Tomas Suçek, 74

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiya - Çexiya 5:1