Aqollinin yoxluğunda Albaniya millisi məğlub oldu

11 Sentyabr 2018 10:34

Albaniya yığması UEFA Millətlər Liqasında növbəti matçına çıxıb.

Milli.Az verir ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu bu komanda səfərdə Şotlandiya ilə qarşılaşıb. C Liqasında 1-ci qrupda yer alan komandaların dueli albanların məğlubiyyəti ilə başa çatıb - 0:2.

Aqolli bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Xatırladaq ki, Albaniya yığması ilk turda doğma meydanda İsrailə 1:0 hesabıyla qalib gəlib. Ansi həmin görüşdə də ehtiyatda qalıb.

Milli.Az