Ürək xəstəsi bağlı qapı arxasında öldü
3 Aprel 2010 13:41
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 37 yaşlı Tahir Vəliyevin cəsədi A.Məhərrəmov 32 ünvanında yaşadığı mənzildə tapılıb.
Mərhumun meyiti evdən xilasedicilərin köməkliyi ilə çıxarılıb. Belə ki, qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermədiyinə görə, xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən T.Vəliyevin cəsədi aşkarlanıb. Mərhumun ürək xəstəliyndən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az