Azərbaycan yığması "Roma"ya yenildi

3 Aprel 2010 16:41
Milli.Az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi "Roma" klubunun nəzdindəki həmyaşıdlarından ibarət komanda olub.

Oyun 3:2 hesabı ilə "Roma"nın xeyrinə başa çatıb. Yığmamızın heyətində Elşən Abdullayev və Əbasət Cəfərov fərqlənib.

Xatırladaq ki, C qrupunda yer alan yığmamız ilk oyunda "Ternana" komandasından olan həmyaşıdları ilə üz-üzə gəlmiş və oyun 2:2 hesabı ilə başa çatmışdı.

Milli.Az