Qurban Qurbanov 2 futbolçunu heyətdən kənarlaşdırdı

10 Sentyabr 2018 14:25

Millimizin Millətlər Liqasının ikinci turunda Malta ilə keçiriləcək görüş üçün milli komandamızın iştirak ərizəsi açıqlanıb. 

Milli.Az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 2 futbolçusunu 23-lükdən kənarda saxlayıb. Bunlar "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə və "Səbail"in vinqeri Ruslan Qurbanovdur.

Bəxtiyar Kosovo ilə matçın da iştirak ərizəsində yer almamışdı. Qurbanov isə Kosovoya qarşı 61 dəqiqə oynamışdı. Əvəzində isə "Neftçi"nin futbolçusu Namiq Ələsgərov heyətə daxil edilib.

Qapıçılar: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Səbail");

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Məhəmməd Mirzəbəyov ("Neftçi"), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi "Qəbələ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna);

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ"), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı "Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Rahid Əmirquliyev ("Səbail"), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana" Qazaxıstan), Dmitri Nazarov ("Aue", Almaniya);

Hücumçular: Mahir Mədətov ("Qarabağ), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rauf Əliyev ("Qəbələ").

Malta - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az