ABŞ "donuz qripi" fırıldağından qurtarmağa çalışır
3 Aprel 2010 18:12
Bir sıra ekspertlərin rəyincə, donuz qripinə qarşı immunizasiya yaratmaq kampaniyası Dünya Səhiyyə Təşkilatının (DST) bilavasitə iştirakı ilə həyata keçirilmiş ən uğurlu və həddən artıq şişirdilmiş fırıldaqdır.
Hazırda Avropa Parlamentinin komissiyası donuz qripi pandemiyasının elan olunması və təlaş yaradılmasında farmakoloji korporasiyaların nə dərəcədə iştirak etdiyini araşdırır.
Amerikalılar isə artıq xəyalı təhlükədən peyvənd etmək istəmirlər. Statistikaya görə, ötən mövsümdə donuz qripinə yoluxan təxminən 60 min amerikalının 20 faizi vəfat edib. Bu rəqəm adi qrip epidemiyasının ağırlaşdırıcı halından həyatını itirənlərdən dəfələrlə azdır.
Birləşmiş Ştatlar donuz qripi ilə bağlı kampaniyaya ölkənin səhiyyə tarixində ilk dəfə olaraq 1,5 milyard dollardan artıq vəsait ayırıblar. Bu məqsədlə 229 milyon doza vaksin alınmışdır. Bundan 35 milyon dozanı ehtiyat üçün ölkədə saxlamaq qərarı alınmış, 25 milyon doza yoxsul ölkələrə göndəriləcəkdir. 3 milyon doza ordu üçün ayrılmışdır. 71,5 milyon doza isə gərəksizlik üzündən sadəcə silinəcəkdir. 138 milyon dozanın "taleyi" hələlik məlum deyildir.
/AzərTac/