Dərini yeniləyir, təravətləndirir, ləkələri aparır – GİL MASKALARI

15 Sentyabr 2018 19:20

Gilin faydalı maddə olduğu hər kəsə bəllidir. Xüsusilə də ondan hazırlanan maskalar dərinin təravətli qalmasına inanılmaz kömək edir.

Detoks gil maskası

Lazım olanlar:

6 xörək qaşığı yaşıl gil

1 xörək qaşığı kakos yağı

1 xörək qaşığı bal

Yarım limon suyu

Hazırlanması:

Verilən ləvazimatları qarışdırın. Gil maye halını alana qədər bir az su da əlavə edə bilərsiniz. Qarışımı təmizlənmiş dəriyə həftədə 2 dəfə 20 dəqiqə tətbiq edin. İlıq su ilə durulayın. Detoks gil maskası dərinizi yeniləyib, qan dövranını sürətləndirəcək.

Ləkəli dəri üçün gil maskası

Lazım olanlar:

2 çay qaşığı sarıkök

5 xörək qaşığı yaşıl gil

1 xörək qaşığı bal

Hazırlanması:

Verilən ərzaqları qarışdırın. Su ilə maye halına gəlməsini təmin edin. Həftədə maksimum 3 dəfə 20 dəqiqə bu maskanı istifadə edə bilərsiniz. Gil və sarıkökün ləkəli dərilər üzərindəki təsirini mütəmadi istifadədə hiss edəcəksiniz.

Rahatladan gil maskası

Lazım olanlar:

1,5 xörək qaşığı yağsız qatıq

4 xörək qaşığı yaşıl gil

Hazırlanması:

Qatıq və gili qarışdırın. Maye halını alan qarışımı göz çevrəsi və dodaq kənarlarınızı çıxmaq şərti ilə üz dərinizə sürtün. 20-25 dəqiqə saxlayıb ilıq su ilə durulayın. Resepti hazırlayarkən metal qabdan istifadə etməyin. Mümkün qədər taxta qablardan istifadə edin.

Nəmləndirici gil maskası:

Lazım olanlar:

4 xörək qaşığı yaşıl gil

1,5 xörək qaşığı su

5 damcı qızılgül yağı

Hazırlanması:

Bütün ləvazimatları qarışdırın. Təmizlənmiş dəriyə tətbiq edin. Həftədə 2 dəfə 20 dəqiqə dərinizdə quruyana qədər saxlayın. İlıq su ilə yuyub, su tərkibli bir nəmləndirici ilə dərinizi nəmləndirin.

Milli.Az