Kişinin sizdən xoşlandığını anlamaq üçün İPUCLARI

15 Sentyabr 2018 23:50

Kişilər xoşlandıqları qadına bunu bildirmək üçün hərəkətləri ilə bəzi ipucları verməyə çalışar. Əgər ağlınızda "Görəsən, məndən xoşu gəlirmi?" kimi sual yaranıbsa, bir neçə hərəkəti ilə sizdən xoşlanıb xoşlanmadığını dəqiqləşdirə biləcəksiniz.

Kişi baxışları

Dəlisov, "çapkın" kişilər baxışlarını xoşlandığı qadının gözlərinə zilləyər, bir də üstəlik jest və mimikalarla romantik kişi təəssüratı yaratmağa çalışar. Ancaq gerçəkdən xoşlanan kişi utancaq baxışlı, sizə baxmağa utanan kişidir. Baxışlarınızı uzun müddət gözlərinə dikin və yoxlayın. Əgər qarşılıqlı olaraq bir şey danışmadığınız hallarda beş saniyədən daha çox gözlərinizin içinə baxmır, baxışlarını hara çevirəcəyinə tərəddüd edirsə, bilin ki, sizdən xoşu gəlir!

Danışarkən tərif söyləyərlər

Sizinlə söhbət edərkən, işinizlə, ailənizlə, dostlarınızla, getdiyiniz yerlərlə, sevdiyiniz filmlərlə bağlı suallar soruşursa, sizin haqqınızda bir şeylər öyrənmək istədiyinə işarədir. Xoşlanan kişi qarşısındakı qadını sözləri, anlatdıqları ilə təsirləndirməyə çalışır. Zarafat anlayışı olan kişilər bu məsələdə daha şanslıdırlar.

Jest və mimikalar

Xoşlanan kişilər sözləri ilə olduğu qədər jest və mimikaları ilə də kübar görünməyə, fiziki olaraq qadına daha yaxın durmağa çalışar. "Təsadüfən" tez-tez xoşlandığı qadının rastına çıxar. Üzündə sizi hər gördüyündə özündən asılı olmayan gülümsəmə olar, danışarkən yanlış etməməyə çalışar. Musiqi alətində çala bilirsə, sizi bir gün onu dinləmək üçün dəvət etməsi də xoşlandığının əlamətlərindən biridir.

Ardı-arası kəsilməyən "sms"lər

Əgər elə hey dostyana kimi də olsa, ardı-arası kəsilmədən mesaj yazırsa, əmin olun, yaxında sevgisini etiraf edəcək.

Bir dəstə çiçək

Qadınların çiçəkdən xoşlandığını kişilər yaxşı bilir. Əgər bir kişidən durduğunuz yerdə çiçək gəlibsə, sizdən xoşlandığı dəqiqdir.

Milli.Az