Günün qoroskopu

4 Aprel 2010 07:00
GÖYÜN MƏNZƏRƏSİ

4 aprel, bazar, XX  Ay günü.

Günəş - Qoçda, Ay - Oxatan, Merkuri - Buğada, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.

MÜNƏCCİM ÖNCƏGÖRÜMLƏRİ

Qoç - Maliyyə çatışmamazlığı ucbatından məclisə getmək sizin üçün problemə çevriləcək. Gücünüz çox olsa belə, fəaliyyət göstərdiyiniz sahələrdə maliyyə uğurları yoxdur.

Buğa -  Bütün işləriniz ürəyiniz istəyən kimi gedə bilər. Heç kəsin işinə qarışmayın heç kəsə məsləhət verməyin. Nə sevgi, nə də maliyyə cəhətdən heç bir ciddi probleminiz yoxdur.  

Əkizlər - İşləriniz yaxşı alınmayacaq. Əl atdığınız hər hansı bir fəaliyyət sahəsində gözə çarpacaq nəticələriniz olmayacaq. Sevgi sahəsində də problemlərlə rastlaşacaqsınız

Xərçəng - İlk baxışdan rastlaşdığınız problemlərin fərqinə varmasanız,  işləriniz yaxşı gedəcək. Sevgi və maliyyə məsələlərini həll etmək üçün yaxşı şərait yaranıb, ondan istifadə etməlisiniz.

Şir - Gücünüzün çoxluğuna baxmayaraq, bu gün işləriniz alınmayacaq. Ailədaxili münasibətlərdə xoşagəlməz şərait yaşana bilər. Əsəblərinizi tarımda saxlamayın.

Qız - Arzu etdiyiniz maddi vəziyyəti qazana bilərsiniz. Hamının köməyindən istifadə etməyi bacarın. Hər kəsə lazım gələn münasibəti göstərin ki, ondan istədiyinizi ala biləsiniz.

Tərəzi - İşləriniz istədiyiniz qədər yaxşı getməyəcək. Maliyyə və sevgi münasibətləri sahəsində çətinliklər meydana çıxacaq. Yaxın adamlarla ünsiyyətdə güzəştə getməyi bacarın.

Əqrəb - Maliyyə problemlərini yerinə yetirmək sahəsində sizə yardımçı olanlar əziyyətlərinizi azaldacaq. Müqavilə bağlamaq, yeni iş təklifləri almaq mümkündür. Sevgi sahəsində problem yoxdur.

Oxatan - İşləriniz istədiyiniz qədər yaxşı getməyəcək. Hər tərəfdən çoxsaylı maneələr qarşınızı kəsəcək. Kəskin olmayın, kompromiss variantları tapmağı bacarın.

Oğlaq -Ürəyiniz istədiyini həyatdan ala biləcəksiniz. Heç kəsi təhdid etməyin, öz işlərinizlə məşğul olun. Fəaliyyətinizi genişləndirmək üçün yaranmış şəraitdən istifadə edin.

Dolça -  İşləriniz yaxşı getməyəcək. Maliyyə uğursuzluqları ucbatından bir sıra məsələləri arxa plana keçirəcəksiniz. Ailədaxili münasibətlərdə gərginlik yaranacaq. Kəskin sözlü olmayın.

Balıqlar - İlk baxışdan sizi sıxan ovqat əslində xeyrinizə işləyir. Nə maddi nə də mənəvi problemləriniz qalmayacaq, özünüzü sağlam hiss edəcəksiniz. Mübahisə və münaqişələrə yol verməyin.

Milli.Az