Malta - Azərbaycan: hakimlər açıqlandı

7 Sentyabr 2018 16:14

UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci oyununda Azərbaycan millisi Maltanın qonağı olacaq.

Milli.Az xəbər verir ki, matçın hakimləri açıqlanıb. Görüş monteneqrolu FİFA referisi Nikola Dabanoviçə həvalə edilib.

Liqa D, 3-cü qrup

10 sentyabr

22:45 Malta - Azərbaycan

Baş hakim: Nikola Dabanoviç
Yan xətt hakimləri: Milutin Dukiç, Yovitsa Tatar
Dördüncü hakim: Aleksandar Dikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hamısı Monteneqro)
Hakim-inspektor: Luk Vilmes (Lüksemburq)
UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)

Ta' Qali stadionu.

Milli.Az