Doğuş zamanı körpənin başı qopdu - FOTO

7 Sentyabr 2018 14:25

Doğuş zamanı sümük qırılan səsə oxşar səs eşitdim.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri doğuş zamanı körpəsinin başı qopan qadın həkimdən şikayət edərkən söyləyib.

34 yaşlı Laura Gallazzi iddia edir ki, həkimlər onun körpəsinin başını qopardıblar.

Şotlandiyanın Dunde şəhərindəki "Ninewells Hospital"da doğum edən qadın həkim Vaishnavy Laxman-dan şikayət ərizəsi yazıb.

O, həkimi oğlunun başını qoparmaqda günahlandırır.

Qadın ölən oğlunun əl və ayaq cizgilərini bədəninə döymə etdirib.

Emin
Milli.Az