Biz niyə yorğun oluruq?

8 Sentyabr 2018 08:46

Yorğun olmağın ən böyük səbəbi - kifayət qədər yatmamaqdır. O kəslər ki, gecəni gec yatırlar, səhəri tez qalxmağa məcburdurlar - həmişə yorğunluq hiss edərlər. Gündəlik işlər görmək üçün kifayət qədər enerjiyə malik olmurlar.

Bizi yorğun edə bilən bəzi səbəblərə işarə edək:

1. Kifayət qədər yatmamaq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan hər gecə 6-8 saat yatmalıdır və əgər bu müddətdən az yatarsa, yorğunluq hiss edər.

2. Yuxu pozğunluğu. Bəzi insanlar kifayət qədər yatsalar da, daim yorğundurlar. İnsan bəzən yatan zaman nəfəsi dayanar, hər dəfə də yuxu apnoesi baş verər. Bu hal yuxuda baş verdiyi üçün, ondan xəbərdar olmaz. Özünü yorğun hiss edər.

3. Enerjiyə malik olmamaq. Az yemək insanı zəif salır və enerjisi az olur. Həmçinin faydasız qidalar da insanı yorğun salır. Əgər siz günə şirni yeməklə başlayırsınızsa, qan şəkəriniz qalxar. Bu da sizi yorğun edər.

4. Sress. Sressin əlamətlərindən biri də yorğunluq və baş ağrısıdır.

5. Qan azlığı. Qan azlığı olan insanlar özlərini daima yorğun hiss edərlər. Çünki qırmızı qan hüceyrələrinin sayı az olan zaman, oksigen kifayət qədər üzvlərə ötürə bilinmir.

6. Qəhvəni çox içmək. Qəhvənin tərkibində olan kofein təhrikedicidir. Əgər mötədil istifadə olunarsa, hafizəni gücləndirər, lakin əgər həddini aşarsa insanı yorğun edər.

7. Diabet. Diabet xəstələrində şəkər, hüceyrələrin tərkibinə qarışmaq yerinə qan cərəyanında qalır. Ona görə də bədən kifayət qədər yemək qəbul etdikdən sonra yorğun düşür.

Əgər yorğunluğunuzu aradan qaldırmaq istəyirsinizsə, hər gün idman edin. Tədqiqatlar göstərir ki, yorğun, ancaq sağlam insanlar idmandan istifadə edərək enerjilərini bərpa edə bilirlər. Velosiped sürmək və ya piyada yol getmək kimi idmanlarla heç olmasa 20 dəqiqə məşğul olmaq insanın enerjisini artırar. Siz bu işi həftədə ən azı üç dəfə edə bilərsiniz. Bununla yanaşı, münerallarla zəngin vitaminlər qəbul edin.

Milli.Az