Qayınata evində qətl

3 Aprel 2010 12:32
Mingəçevir Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumat görə, aprelin 2-də 29 yaşlı Pərviz Məmmədov münaqişə zəminində 25 yaşlı Fatma İsayevanı qətlə yetirib. O, F.İsayevaya bir neçə bıçaq zərbəsi vurub. P.Məmmədov cinayət əməlini qayınatasına məxsus evdə həyata keçirib.

P.Məmmədov artıq polis tərəfində saxlanılıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az