Paltaryuyan maşında tez-tez yuyulan cinslər zamanla yıpranır və xarab olur. Buna görə sizə çox fərqli bir məsləhət veririk. Bu məsləhət sayəsində cins şalvarlarınızı su və yuyucu vasitə istifadə etmədən təmizləyə biləcəksiniz.
Bir cins firmasının səlahiyyətlisi istehsal etdikləri şalvarların tez-tez yuyulmasına ehtiyac olmadığını özünün də artıq bir ildir ki geyindiyi şalvarın yuyulmadığını söyləyib.
O cins şalvarları yumadan təmizləyə biləcəyiniz qəribə bir metod irəli sürüb.
Daha az su istifadəsinə təşviq edən və cinslərin uzun illər istifadə edilə biləcəyini irəli sürən şirkət, 2011-ci ildən bəri müştərilərini cins şalvarlarını daha az yumaları barədə məlumatlandırırlar.
Cinslərinizi dondururn
Cinsinizin üzərini fırçalayın, plastik bir çantanın içinə düzgün bir şəkildə yerləşdirib ertəsi gün geymək üçün soyuducunun buzluğuna qoyun. Beləliklə səhər tərtəmiz bir şalvar geyinəcəyinizə əmin olun.
Milli.Az