Xəyalə oğlu ilə - FOTO

4 Sentyabr 2018 14:27

Aparıcı-aktrisa Xəyalə Quliyeva oğlu Məhəmmədlə fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, şəkli 44 minlik İnstaqram hesabında yerləşdirib. Aktrisa paylaşımına bu sözləri yazıb:

"Bu gün Məhəmmədimin ad günüdür! Ad günün mübarək, mənim yaraşıqlı oğlum! Həyatındakı bütün arzuların gerçək olsun. O gülən üzün, gözlərindəki parıltı heç vaxt sönməsin. Doğulduğun gün bizi xoşbəxt etdiyin kimi, bir ömür boyu xoşbəxt yaşayasan".

Qeyd edək ki, Xəyalənin bir qız övladı da var.

Milli.Az