Azərbaycanlı hakimə təyinat - İslandiya - Estoniya matçını idarə edəcək

3 Sentyabr 2018 17:28

Azərbaycanlı futbol hakimi Rəhim Həsənov milli komandaların oyununa təyinat alıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Həsənov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda, sentyabrın 6-da keçiriləcək İslandiya - Estoniya oyununun baş hakimi olacaq.

Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Milli.Az