"Bozun 50 çaları"nın Qreyi Bakıda - FOTO

2 Sentyabr 2018 10:34

"Bozun 50 çaları" filminin məşhur qəhrəmanı Qreyi canlandıran Camie Dornanı və məşhur model Birgit Kos Bakıya gəliblər. 

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, onlar tanınmış brendlərdən birinin reklam çarxında rol alıblar. Çarx Heydər Əliyev Mərkəzində lentə alınıb. 

Onların yer aldığı videonu Baku Media Mərkəzi Facebook səhifəsində yayımlayıb. 

Milli.Az