Nuri Şahin Almaniyada klubunu dəyişdi

31 Avqust 2018 18:22

Türkiyəli futbolçu Nuri Şahin "Borussiya"dan ayrılıb.

Milli.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını digər Bundesliqa klubu "Verder"də davam etdirəcək.

Türkiyə milli komandasının üzvü Bremen təmsilçisi ilə müqavilə imzalayıb. O, yeni komandasında 17 nömrəli formanı geyəcək.

Qeyd edək ki, Nuri Şahin karyerası ərzində "Real", "Liverpul" kimi klublarda çıxış edib.

Milli.Az