"Qalatasaray"dan ayrıldı, "Fənərbağça"ya transfer oldu

31 Avqust 2018 14:57

"Qalatasaray"dan ayrılan Tolqa Ciyərcinin yeni klubu müəyyənləşib.

Milli.Az xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını "cim bom"un əzəli rəqibi "Fənərbağça"da davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi "sarı-lacivərtlilər" üçün tibbi müayinədən keçib. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq.

Milli.Az