Ərdoğan dolların bahalaşması barədə: "Bu da keçər yahu"

31 Avqust 2018 12:50

Ölkə və millət olaraq seçimimizə görə peşman deyilik.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesirdəki çıxışı zamanı söyləyib. O bildirib ki, dolların bahalaşması Türkiyəyə qurulan oyunun bir hissəsidir.

"Terror təşkilatları vasitəsi ilə bacarmadıqlarını məzənnə vasitəsi ilə etmək istəyirlər. Məzənnə məsələsinin axırı necə olacaq deyənlər varsa, cavabımız "bu da keçər yahu" olacaq".

Prezident, həmçinin ABŞ-lı rəsmilərin "S-400-lərdən imtina etsəniz, F-35 sanskiyası ləğv olunar" mesajına "Türkiyənin S-400-lərə ehtiyacı var. Qısa zamanda alacağıq" deyə cavab verib.

Bəxtiyar Umarlı
Milli.Az