Maradona Belarus klubundan gedir

31 Avqust 2018 11:28

Dieqo Maradona Belarusun "Dinamo" (Brest) klubundan ayrıla bilər.

Milli.Az xəbər verir ki, klubda idarə heyətinin sədri postunu tutan Maradona uzun müddətdir ki, Belarusa gəlmir. Bu səbəbdən onun klubda qalmayacağı gözlənilir.

Qeyd edək ki, argentinalı futbol əfsanəsinin "Dinamo" ilə 3 illik müqaviləsi var.

Milli.Az