Dərini təmizləyən və cavanlaşdıran maskalar

30 Avqust 2018 19:30

Dəriyə qulluq etmək üçün bahalı salonlara getmək o qədərdə önəmli deyil. Xanımlar bunun üçün evdə də maskalar hazırlaya bilərlər.

Milli.Az axşam.az-a istinadən evdə asan hazırlanan maskalar təqdim edir:

1. Şəkər və zeytun yağından hazırlanan maska

Əvvəlcə dərinizi ilıq su ilə yuyun. Bir az şəkər tozu ilə zeytun yağını qarışdırıb, üzünüzə masaj edərək sürtün. Masajı 10-15 dəqiqə davam etdirin. Sonra ilıq su ilə üzünüzü yuyun. Həftədə bir neçə dəfə bunu təkrarlayın.

2. Yaşıl çay, şəkər və bal

1 stəkan suyun içərisinə yaşıl çay töküb, 15 dəqiqə dəmlənməsini gözləyin. Sonra onu süzün. Çay soyuduqdan sonra içərisinə şəkər tozu və bal əlavə edib, qarışdırıb üzünüzə sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Bunu həftədə 3 dəfə təkrarlayın.

3. Ləkələr üçün maska

Bir qabda yarım fincan hind qozu yağı ilə zeytun yağını qarışdırın. Bir az isidib, içərisinə badam yağı tökün. Onların içərisinə 2 xörək qarışığı şəkər tozu əlavə edin. Əldə edilən qarışığı üzünüzə sürtüb, masaj edin. 10 dəqiqə saxladıqdan sonra, ilıq su ilə yuyun. Bunu həftədə 2 dəfə təkrarlamaq məsləhətdir.

Milli.Az