Acı xatirələrimiz silinə bilər

2 Sentyabr 2018 23:15

Hamımızın keçmişində unutmaq istədiyimiz nələr isə var - pis ayrılıqlar, travmatik təcrübələr, itki. Nə qədər cəhd etməyimizə baxmayaraq, bu xatirələr bizi təqib etməyə davam edə bilər, bəzən narahatlıq, fobiyalar, post-travmatik stress kimi hallara səbəb ola bilərlər. İndi alimlər bizim yaddaşımızın həmişə düşündüyümüzün əksinə, daimi olmadığını kəşf etdiklərindən, onu həmişəlik dəyişə biləcəklər.
Əslində, tədqiqatçılar indi yalnız heyvanlarda yox, insanlarda da xatirələri hansı yolla silmək, dəyişdirmək və hətta yaddaş implantasiyasını reallaşdırmağı müəyyənləşdiriblər. Həftə sonu PBS sənədli filmi yaddaşda qeyd edildiyi kimi, piss hissələri unutmaq üçün beynimizi yeniləyəcək olan dərmanlar meydana çıxmaqdadır. Bunun biraz elmi fantastika kimi səslənməyinin səbəbi təmiz zəkanın əbədi günəşi və tam xatırlama adlı filmlərdə bizim yaddaşımızın dəyişdirilməsi ideyalarının uzun zaman oynanılmasıdır.
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, amma son bir neçə on illikdə nevroloji görüntüləmə (scanning) texnologiyasının inkişafı sayəsində biz bu texnologiyaların (və ya buna oxşar bir şey) reallığa çevrilməsinə sizin düşündüyünüzdən daha yaxınıq.
Beləliklə, siz yaddaşınızı necə silirsiniz?
Bunu anlamaq üçün ilk növbədə beynimizdə xatirələrin necə formalaşdığını və saxlanıldığını anlamaq lazımdır. Keçmişdə elm adamları xatirələrin nevroloji fayl kabineti kimi bir nöqtədə saxlanıldığını düşünürdülər, amma onlar artiq anlayıblar ki, bizim sahib olduğumuz hər bir xatirəmiz beyindəki mövcud əlaqələrdə kilidləniblər.
Sadə şəkildə izah etsək, zülallar beyin hüceyrələrimizi inkişaf etmək və yeni əlaqələr yaratmaq üçün stimullaşdırdıqda yaddaş meydana gəlir - eynilə fikrin dövr etməsini də dəyişir.
Bu baş verdikdə yaddaş bizim zehnimizdə saxlanılır. Biz onun haqqında təkrar fikirləşənə və yaxud ona yenidən qayıdana qədər, o orada qalmaqda davam edəcək. Bura qədər hər şey çox sadədir. Ancaq bir çox insanlar anlamırlar ki, uzunmüddətli yaddaş sabit deyil. Əslində, hər dəfə bir xatirəyə qayıtdığımız zaman yaddaş yenidən fəqli şəkildə təkrarlanır və əvvəlkindən daha güclü və daha canlı vəziyyətə qayıdır.
Bu proses "yenidən birləşmə" kimi tanınır. Bizim xatirələrimizin zamanla bəzən niyə dəyişdiyini izah edir. Məsələn, əgər siz velosipedinizdən yıxılmısınızsa, hər dəfə onu xatırlayır və məyus olursunuz. Beləliklə, siz qorxu və kədər kimi emosiyalarla həmin xatirə arasındakı əlaqələri yenidən bərpa edirsiniz. Nəhayət bir velosiped haqqında düşünmək, sizi qorxutmaq üçün kifayətdir. Bundan əlavə, əksəriyyətimizdə bir zaman travmatik olan yaddaşın illər sonra gülməli olması təcrübəsi var.
Yenidən birləşmə prosesi çox vacibdir. Çünki bu elm adamlarının bizim yaddaşımıza girmək və onu "kəsmək" nöqtəsidir. Tədqiqat yaddaşın ,bir şüşə kimi bərkiməzdən əvvəl ərimiş formada olduğunu nəzərə alaraq manipulyasiyasını təklif edir. Riçard Qrey Teleqraf üçün izah edir - "Xatirə yenidən xatirlananda, təkrar ərimiş vəziyyətdə olur və beləliklə, o bir daha yenilənmədən əvvəl dəyişdirilə bilər".
İndi çoxsaylı işlər göstərmişdir ki, norepinefrin adlanan kinmyəvi maddəni dayandırmaqla - bu maddə döyüş və ya uçuş reaksiyasında iştirak edir və tərli ovuclar, güclü ürək döyüntüləri kimi simptomları tətikləməyə cavabdehdir - tədqiqatçılar travmatik xatirələri "yumşalda" və onların neqativ emosiyalarla əlaqəsini dayandıra bilərlər.
Məsələn, keçən ilin sonunda Niderlanddan olan tədqiqatçılar göstərdilər ki, neropinefrinin qarşısını almaq üçün "propranolol" adlı bir dərman vasitəsindən istifadə etməklə araxnofobların hörümçək qorxusunu aradan qaldıra bilmişdilər.
Bunu anlamaq üçün komanda araxnofobların üç qrupunu götürmüşdür. Bu qruplardan ikisinə onların hörümçəklərlə bağlı qorxulu xatirələrini canlandırmaq üçün, şüşə bankada tarantul göstərildi və sonra onlara propranolol və yaxud plasebo verildi. Üçüncü qrupa hörümçəkləri göstərmədən sadəcə propranolol verildi. Bu, dərmanın özlüyündə onların qorxularını azaltmaq məsuliyyətinin mümkünlüyü fikrini aradan qaldırmaq üçün idi. Növbəti bir neçə ay ərzində qrupların hamısına yeni tarantul təqdim olundu və onların qorxu reaksiyaları ölçüldü. Nəticələr çox inanılmaz idi.
Plasebo verilən qrup və hörümçəyi görməzdən əvvəl propranolol verilənlərin qorxu səviyyəsində heç bir dəyişiklik yox idi, hörümçəyi gördükdən sonra dərman verilənlər isə bir neçə gün içində tarantula toxuna bilirdilər. Üç ay ərzində onların bir çoxu hörümçəyi rahat tuta bilirdilər. Hətta bir ildən sonra da onların bu qorxusu geri qayıtmamışdı. Sanki onların qorxusu silinmişdi.
Eyni dərman 2007-ci ildə keçmiş travma qurbanları ilə də test edilmişdir. İştirakçılara on gün müddətində, hər gün propranolol və ya plasebo verildi və onlardan özlərinə aid travmatik hadisənin xatirələrini təsvir etmək istənildi. Dərman verilən insanlar təcrübələrini unutmadılar, lakin bir həftə keçdikdən sonra onlar bu haqda əvvəlkindən olduqca daha az stresslə danışırdılar. Oxşar üsuldan siçanlar üzərində onların yaddaşlarına toxunmadan elektrik şoku ilə bağlı olan səsi "unutdurmaq" üçün istifdə olunmuşdur.
İndiyə kimi tədqiqatçılar etik təsirlərə görə insanların yaddaşını tamamilə silməyə cəhd etməyiblər (ən azından biz belə bilirik). Lakin sübutlar düzgün dərmanların birlikdə istifadəsi və xatırlama təlimləri vasitəsilə bunun mümkün olacağını irəli sürür. Bəlkə də elm adamlarının insanlara belə asanlıqla yalançı xatirələr implant etməsi daha çox narahatlıq doğurandır. Psixoloq Julia Shou göstərmişdir ki, eyni yenidən birləşdirmə prosesindən istifadə edərək insanlara heç vaxt törətmədikləri bir cinayəti xatırlatmaq, hətta onları qondarma hadisəyə dair canlı detallarla təmin etmək də mümkündür. Bu da elmi nəticənin mənfi tərəfi hesab oluna bilər. Bu yaddaş dəyişikliyi artıq mümkündür və əlavə tədqiqatlar da aparılmaqdadır.
İndi real sual budur: Biz bu biliklərlə nə edirik?
Yaddaş Xakerlərinin yaradıcısı Maykl Biks CoCreate-ə bildirib ki, nəticə olaraq onların məqsədi, "Təmiz Zəkanın Əbədi Günəşində" olduğu kimi insanların acı xatirələrini tamamilə silmək deyil, sadəcə onları daha az kədərli etmək üçün sıxışdırmaqdır. Çünki onlar xatirələrdən daha çox bizim hafizəmizdə olan birləşmələrdir ki, bizi incidir.
Ən əsası isə, tədqiqatlar göstərir ki, alimlər tezliklə narahatlıq, fobiyalar və TSSP problemi olan insanların müalicəsinə kömək edə biləcəklər.
Biks deyir: "Xatirələri yenidən yazmaq onları yeniləməyə imkan verir. Amma unutmaqda məqsəd sadəcə sabit diski təmizləmək deyil. Xoşagəlməz şeyləri unutmaq qabiliyyəti bizə özümüz haqqında onunla yaşaya biləcəyimiz bir hekayə yaratmağa imkan verir".

Milli.Az