Səhiyyə sahisənin mütəxəssislərindən tutmuş ilahiyyatçılara qədər əksəriyyət mədənin dolu olmasını pisləyir və onun mənfi təsirləri haqda müxtəlif faktlar ortaya qoyur.
Məhəmməd Peyğəmbər dolu mədəni əbəs yerə pisləməyib. Bunun mənfi halları göz qarşısındadır. "İnsanda baş verən xəstəliklərin mənbəyi mədədəndir" kimi hədisləri dolu mədənin fiziki fəsadlarını göstərir.
Peyğəmbər daha bir hədisdə buyurur:
"Biz elə bir ümmətik ki, acımamış yemərik, yeyəndə də doymamış durarıq"
Digər bir hədisdə belə buyurulur " Ac və iştahan olanda ye, ac və iştahan olanda əlini yeməkdən çək" (yəni mədəni tam doldurma)
Bəs dolu mədənin insanın ağlına, məntiqinə, fikrinə və mənəviyyatına nə kimi mənfi təsiri vardır?
Həzrət Loğmanın öz oğluna verdiyi tövsiyəsində sualımızın cavabını rahatlıqla tapa bilərik
"Ey oğlum! Bil ki mədə dolduqda insanın fikri yatar, hikməti (məntiq, düşüncə) işləməz və bədən üzvlərinin ibadətə taqəti azalar"
Milli.Az