Sarkisyanın beyninə qan sızıb, yoxsa?.. - YENİLƏNİB
3 Aprel 2010 12:52
"Armenia Today" yazır ki, bəzi mənbələr baş nazirin "xəstələnməsi"nin
qurma olduğunu bildirir. "Bəzi məlumatlara görə, bütün bunlar Tiqran
Sarkisyanın guya səhhəti ilə əlaqədar istefaya göndərilməsi məqsədi
güdür", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, son
dövrlərdə Ermənistan mətbuatında ölkənin sabiq prezilenti Robert
Köçəryanın baş nazir postuna gətirilə biləcəyinə dair xəbərlər səngimək
bilmir.
10:58
Milli.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun səhhəti haqda dəqiq məlumat yoxdur. Xatırladaq ki, dünən hökumət başçısının səhhətində problem yarandığı və xəstəxanaya yerləşdirildiyinə dair xəbər vermişdik.
Tert.am saytının məlumatına görə, gecə Ermənistan prezidenti Serj Sarkisyan və hökumət üzvləri xəstəxanaya gələrək, T.Sarkisyana baş çəkiblər. Hökumətin mətbuat katibi Aram Ananyan isə baş nazirin "Nairi" mərkəzində tibbi müayinədən keçdiyini təsdiqləməklə kifayətlənib. Bəzi məlumatlarda T.Sarkisyanın ürəyində problemlər yarandığı bildirilir. Digər mənbələr isə xəbər verir ki, baş nazirin beyninə qan sızıb və o, dərhal xəstəxanaya yerləşdirilib.
Milli.Az