Patisson xiyar, qabaq və balqabağın yaxın "qohumu"dur.
Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər, mono- və disaxaridlər və s. faydalı maddlərlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.
Milli.Az saglamolun.az-a istinadən patissonun faydalı və müalicəvi xüsusiyyətlərini təqdim edir.
- Kalium və maqneziumla zəngin olan patisson ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini tənzimləməyə kömək edir.
- Patisson yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.
- Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.
- Patisson qaraciyər üçün çox faydalıdır - bu orqanın piylənməsinin riskini azaldır, qaraciyərin hüceyrələrini spirtli içkilərin və digər zəhərli maddələrin təsirindən qoruyur.
- Sarı patissonlar gözlər və dərimiz üçün vacib olan beta-karotinlə zəngindir.
- Patisson orqanizmi ziyanlı maddələrdən, toksin və radionukleidlərdən təmizləyir.
- Digər lifli tərəvəzlər kimi patisson da bağırsaq xərçənginin riskini azaldır.
- Patisson sidikqovucu təsirə malik olduğundan sidik kisəsini və böyrəkləri təmizləyir, böyrək daşı xəstəliyinin riskini azaldır.
- Patisson öd kisəsi üçün də faydalıdır, öd kisəsində durğunluğun və daşların əmələ gəlməsinin qarşısını alır.
- Avstraliya alimləri aşkar ediblər ki, patisson kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.
Milli.Az