Yenilənmiş Samsung Service Plaza sizi gözləyir

29 Avqust 2018 10:00

Samsung Service Plaza sadəcə adi texniki dəstək mərkəzi deyil, o, eyni zamanda Samsung mobil cihazlarına texniki xidmətlərin göstərildiyi infranstrukturu, şirkət məhsullarının nümayiş etdirildiyi gözləmə zalını və satışın təşkilini özündə birləşdirən innovativ bir məkandır.

Səkkiz qəbul məntəqəsi olan bu geniş kompleks gündəlik 200 müştəriyə xidmət göstərmək imkanına malikdir. Qəbul məntəqələrindən əlavə, burada  175 kvadrat metrlik gözləmə zonası nəzərdə tutulmuşdur. Bir müddət öncə yenilənən Service Plaza, indi Smart Zone və TV, həmçinin, Smart Home  kimi iki gözləmə zonası ilə təmsil olunub. Birinci zonada müştərilər Samsung-un yeni smartfon, audio və video texnikasının geniş məhsul xətti ilə tanış olub, onları sınaqdan keçirə bilərlər. İkinci zona isə Samsung məhsullarının nümayiş etdirən rahat studiya kimi nəzərdə tutulmuşdur. Gözləmə zonasında divan və kreslolarda istirahət edərək, "ağıllı " televizorları seyr etmək, yeni smatfonları sınaqdan keçirmək, soyuducu və paltaryuyan maşınların üstünlükləri ilə tanış olmaq olar. Ümumən isə bu layihə sizin gözləmə vaxtınızı maraqlı və səmərəli keçirməniz üçün  təşkil olunmuşdur ki, siz gözləyərkən Samsung məhsulları ilə də rahat şəraitdə tanış ola biləsiniz. Burada siz sadəcə yeni məhsulları sınaqdan keçirməklə kifayətlənməyib, onların texniki xüsusiyyətləri barədə peşəkar nümayəndələrdən ətraflı məlumat alaraq, hətta, istədiyiniz halda məhsulu elə buradan əldə edə bilərsiniz.

Samsung Service Plazanın əsas üstünlüklərindən biri yaradılan demo-zonadır ki, burada Samsung brendinin məhsullarını sınaqdan keçirməyə və yaxından tanış olmağa geniş imkan vardır. Samsung öz müştərilərinin qeydinə qalaraq, yüksək keyfiyyətli peşəkar xidmətə böyük önəm verir və daim yeni və innovativ həllərin axtarışındadır. Belə ki, servis mərkəzinin mühəndisləri Samsung məhsulları üçün konsultasiya, zəmanət müddəti çərçivəsində və bu müddətdən kənar tələb olunan istənilər texniki dəstəyi və ekspress təmir kimi xidmətləri təmin edirlər.

Yenilənmiş Samsung Service Plaza Nərimanov rayonu Fətəli Xan Xoyski prospekti,106 ünvanında yerləşir.