Artıq çəki yaddaşımızı zəiflədir

30 Avqust 2018 08:05

Elm adamları artıq çəkinin insan orqanizminin xarici estetikasını pozduğu qədər daxilində də ciddi fəlakətlərə yol açdığını bildirirlər. Son aparılan təqiqatlar onu göstərir ki, artıq çəki həm də insan yaddaşına, idrakına, qavramasına ciddi təsir göstərir.

Artıq çəki insan beynin forma və ölçülərinə ciddi təsir edir. Bu da beyin həcminin qırış və şırımlarına ciddi narahatlıqlar yaradır. Bundan əlavə artıq çəkili olan insanların ən azından qan təziqi və kolestroldan əziyyət çəkməyi müşahidə olunur. Ancaq elm adamları artıq çəkinin hansı səbəbə insanın beyin hüceyrələrinə niyə bu dərəcədə ciddi təsir qoyduğunu hələdə tam bilmirlər.

Artıq çəkinin qocalmağa ciddi təsir qoyduğunu elm adamları çoxdan üzə çıxartmışdılar. Lakin onun əsas səbəbini yaddaşla əlaqəsinin olub-olmaması barədə təqiqatlara başlayıblar.

"Neurology" adlı jurnalda dərc olunan araşdırmada ümumilikdə 6000 min nəfərlik qurupun düz 10-il ərzində mütəmadi olaraq müşahidələr aparılıb. Araşdırmaya 35 ilə 55 yaş arasında insanlar daxil edilib. Onlar dəfələrlə yaddaş və idrak testlərinə salınıblar. Nəticədə artıq çəkili insanlarla normal çəkili insanların müqaisəsinə başlanılıb. Çıxan nəticələrə görə artıq çəkili insanlar normal çəkili insanlara nisbətdə yaddaş və idrak səviyyələri çox aşağı olduğu üzə çıxıb.

Elm adamları qocalmaq ilə yaddaş zəifləməsini qarışdırmamağı məsləhət görürlər. Çünki hər yaddaşı zəifləyənin qocalmadığını və hər qocanın da yaddaşının zəifləmədiyini diqqətə çatdıraraq bildirirlər ki, qocalmağın qarşısını almaq olmaz, amma yaddaşsızlığın qarşısını normal çəkiyə qayıtmaqla almaq mümkündür.

Artıq çəki həm də şəkər, qan təziqi, kolestrolün, damar tıxanmalarının da səbəbkarıdır.

Milli.Az