Hülya "Avlu"ya gələsi olmadı

28 Avqust 2018 14:16

"Star TV"nin sevilən serialı "Avlu"nun ikinci mövsümə başlamasına sayılı günlər qalıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yeni aktyorlar üçün seçim mərhələsi davam edən ekran işinə Hülya Avşar çəkiləsi olmayıb. 

Onun yerinə seriala Nergis Öztürk daxil olub. Sonuncu dəfə "Sen kiminle dans ediyorsun" filmində rol alan Nergis bundan sonra "Avlu"da həbsxananın müdiri obrazını oynayacaq. 

Qeyd edək ki, serial 11-ci bölümdə mövsüm finalı etmişdi.

Milli.Az