Medvedevin «kürəkəni» saxlanıldı
21 Yanvar 2010 10:17
Milli.Az "Moskovskiy Komsomolets" qəzetinə istinadən xəbər verir ki, Dağıstan sakini olan Bəxtiyar adlı şəxs Kremlə girmək istəyərkən saxlanılıb. Kremlin girişi qarşısında xidmət çəkən milis əməkdaşları şübhəli təsir bağışlayan qafqazlını saxlayan zaman o, Medvedevlə görüşə tələsdiyini bildirib. O, prezidentlə ondan qızını istəmək üçün görüşməli olduğunu söyləyib.
35 yaşlı dağıstanlı Medvedevin qızı yox, oğlunun olmasından xəbərsiz imiş. Milislər Bəxtiyarı psixi problemləri olan şəxslər üçün nəzərdə tutulmuş xəstəxanaya təhvil veriblər.
Milli.Az