BMT müsəlmanlara qarşı edilən zülmə səssiz qalmadı - "Soyqrımdır"

27 Avqust 2018 12:30

Birləşmiş Millətlər Təşkilatı Arakanda müsəlmanlara qarşı edilən qəddarlıqlara səssiz qalmayıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, təşkilatdan verilən açıqlamada Myanmarda müsəlmanlara qarşı edilən vəhşiliklərin soyqrım olduğu vurğulanıb və buna səbəb olanların cəzalandırılması tələb edilib.

Qeyd edək ki, Sərhəd tanımayan həkimlərin (MSF) hesabatına görə, ötən ilin dekabrında Myanmar əsgərləri 6700 rohinya müsəlmanını qətlə yetiriblər. Onlardan 67 faizi güllə ilə, 9 faizi yandırılaraq, 5 faizi döyülərək öldürülüb. MSF-nin məlumatına görə, öldürülən 6700 nəfərdən 730-nun yaşı 5-dən az olub.

Bəxtiyar Umarlı
Milli.Az