Estoniyadan təklif: Bura Makkeynin adı verilsin

26 Avqust 2018 18:07

NATO-nun Estoniyadakı mənzil-qərargahına amerikalı senator və bizim dostumuz Con Makkeynin adı verilsin.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves bu təkliflə çıxış edib.

İlvesin sözlərinə görə, Makkeyn sovet qoşunlarının ölkədən çıxarılmasını və Estoniyanın NATO-ya daxil olmasını dəstəkləyirdi.

"6 il kommunistlərin həbsxanasında qalmaqla, o, digər amerikalılardan azadlığın nə olduğunu daha yaxşı bilirdi", - İlves bildirib.

Milli.Az