Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (186-cı say) təqdim edir.
Mətanət Əsədovanın video məsələsi hələ də müzakirə mövzusudur. Bəziləri Mətanəti, bəziləri videonu çəkəni, bir çoxları isə videoda ağzına gələni danışanları qınayır. Söhbət o qədər uzandı ki, gedib bir ucu şəhid qardaşına dirəndi. Görünən budur ki, mediamızda xəbər qıtlığı, peşəkar xəbər hazırlamağı bacaran jurnalistlərin çatışmazlığı var. Kiminsə geyimini, davranışını, oxuduğunu, oynadığını tənqid etmək olar. Ancaq kiminsə baldırının, budunun fotosundan, villasının darvazasından çörək qazanmaq kişi işi deyil. Heç qadın işi də deyil.
Bu arada keçmiş Qurban bayramınızı təbrik edirəm. Allah kəsdiyiniz və kəsə bilməyib ürəyinizdən keçirdiyiniz qurbanları qəbul etsin. Yəqin ki, sosial şəbəkələrdən şou adamlarının bu bayramı necə şouya çevirdiyini gördünüz. Görmüsünüzsə, mənim şərhimə ehtiyac qalmır.
Nigar Camal düz 7 il əvvəl "Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil etdi, Eldar Qasımovla birgə çempion oldular. O müsabiqə bitər-bitməz nə Eldarı, nə Nigarı gördüm deyən olmayıb. Daha doğrusu, Nigarı tez-tez rus milyonçunun yaxtasında, qadın bezlərinin reklamında, dənizə paltarla girdiyi yerdə görənlər var. Amma hələ hit sayılacaq bir ifasına rast gələn olmayıb.
Gözünüz aydın, "Toppuş bacı" kimi tanıdığınız Tünzalə Əliyeva da xəstəxanadan evə buraxılıb. Ötən yazılarda qeyd etdiyim kimi, bunu ən çox onun övladına görə istəyirdim. Çünki bir övlad üçün anasızlıq ən yaxşı halda əzabdır. Körpə övlad üçün isə xüsusən dözülməzdir. Ümid edək ki, bundan sonra aktrisa özü açıqlama verib, sonra jurnalistləri şou yaratmaqda qınamayacaq. Həmişə evində, "Toppuş bacı"!
Sizə kimdən deyim, kimdən danışım, model Məhbubə Məmmədzadədən. Bilirəm, çoxlarınız soruşacaqsınız ki, Məhbubə kimdir? İndi sizə daha qısa formada tanıtım edim. Bakirəliyini 150 minə satışa çıxaran model var idi ha, bax, onu deyirəm. Özü açıqlama verib ki, evə ehtiyacım var, ona görə də belə bir addım atmaq istəyirəm. Necə deyərlər, xub! Bəs maraqlıdır ki, model xanım indiyə kimi kirayə qalırdısa, ödənişi hansı formada edirmiş? Özünüz açıqlamasını oxuyun:
"Bəli, elan vermişəm. Çünki evə ehtiyacım var. Mən, əsasən, xaricdə işləyirəm. Amma model kimi ev almağa gücüm çatmır. Bu səbəbdən belə qərar qəbul etdim. Mən bunun Azərbaycanda kiminsə bilməsini istəmirdim. Necə xəbər tutulub, bilmirəm. Şokdayam. Şəxsi evimin olmasını istəyirəm, niyə də olmasın? Anam hər şeyi bilir, məsələdən xəbəri var".
Çoxdandır Elza Seyidcahandan yazmırıq, darıxmışam. O gün ailəsi ilə fotosunu gördüm ürəyim açıldı. Söhbətin birbaşa Elzaya dəxli olmasa da, deyim ki, əksər sənət adamlarının ailə fotolarını görəndə məni gülmək tutur. Bilirsiniz niyə? Çünki o fotoda olanların əksəriyyətinin nəinki ailəyə, heç nəsil-nəcabətə də dəxli olmur. Sadəcə, bir fotoluq, bir çəkilişlik lazım olan insanlardır.
Əməkdar artist Suğra Bağırzadənin xanımlığını, davranışlarını, həssasiyətini çox bəyənirəm. Ancaq bu açıqlamadan sonra mənə elə gəldi ki, xanım Bağırzadə müasir dövrdə aktrisaların çıxdığı oyunlardan xəbərsizdir. Sitat: "Pula görə yataq səhnələri axmaqlıqdır, amma sənət naminə ola bilər".
Rəhmətliyin nəvəsi, bu dəqiqə bəzi aktrisalar türk lirəsinin kursunun aşağı düşməsini özlərinə dərd ediblər e. Niyə? Çünki bizimkiləri bəyənməyib türkləri "tərifləyən" aktrisalar çoxdur. Məsələn, elə biri...
Bu xoş xəbəri də yazaq, "Həftəbecər" tamam olsun. Nazəninlə Təranə Qumral arasındakı məhkəmə prosesi yekunlaşdı. Nəticəyə əsasən Təranə Qumral 4000 manat cərimə ödəyəcək. Ancaq şəxsən mən inanmıram ki, proses burdaca dayanacaq. Sizcə niyə?
Milli.Az