Nikol Kidman tanınmaz hala düşdü – FOTO

23 Avqust 2018 15:39

Müasir dövrümüzün ən gözəl aktrisalarından olan Nikol Kidmanın zahiri görünüşü  hətta pərəstişkarları tərəfindən belə tanınmayacaq dərəcədə dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə "Dağıdıcı" trillerinin ilk kadrı yayılıb. 

Filmin premyerası 2018-ci ilin dekabrında baş tutmalıdır. Filmdə rol almaq üçün aktrisa görkəmində kardinal dəyişikliklər etməkdən çəkinməyib.

"Dağıdıcı"da Kidman detektiv Erik Bellin obrazını canlandırıb.

Milli.Az