Azar “Çelsi”də qalmaq üçün şərtini açıqladı

23 Avqust 2018 13:12

Edin Azar bu mövsüm başa çatdıqdan sonra da "Çelsi"də qala bilər.

Milli.Az komanda.az-a istinadla xəbər verir ki, Azar "Çelsi" ilə yeni - uzunmüddətli müqavilə bağlamaq üçün şərtini açıqlayıb. O, klub rəhbərliyi ilə söhbətdə bildirib ki, komanda mövsümün sonunda ən azı 4-cü pilləni tutub ÇL-ə vəsiqə qazansa, yeni müqavilə bağlaya bilər.

Azarın qüvvədə olan müqaviləsi 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyi ona yeni müqavilə təklif etmək istəyir. Yeni müqaviləyə görə, belçikalı futbolçunun həftəlik məvacibi 245 min avrodan 334 min avroya qaldırılacaq.

Milli.Az