Goranboyda avtomobilin aşdı

22 Avqust 2018 00:00

Goranboy rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun 1974-cü il təvəllüdlü Başqışlaq kənd sakini Qasımov Ağa Əliş oğlu Safikürd kəndinə gedən yolda avtomobili aşırdıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az