Kənan “Çukur”da rol alacaq?

21 Avqust 2018 16:18

Aktyor Kənan İmirzalıoğlunun yeni mövsümdə "Çukur" serialında rol alacağı ilə bağlı xəbərlər yayılıb. 

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, serialın ssenari müəllifi Gökhan Horzum bu barədə açıqlama verib:

"Elə bir yenilik yoxdur, Erkan Avcı və Berkay Ateş yeni mövümdə komandamıza daxil olacaq. "Cumali" obrazı üçün də bir aktyorla razılığa gəlmişik. Bu il "Çukur"da həyatda qalmaq uğrunda mübarizə aparacaq. Gedənlər də var, gələnlər də".

Milli.Az