"Ağdərili olduğuma görə evimi əlimdən alırlar" - FOTO

21 Avqust 2018 15:50

"Ağdərili olduğuma görə mənə bu haqsızlığı edirlər. Qanunları pozurlar".

Cənubi Afrika Respublikasının vətəndaşı Yohan Stinkamp belə deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun Arnold Kloetlə şərikli sahib olduqları, Akkerland Burderidə yerləşən villa və ferma əllərindən alınır.

Daha doğrusu, qiyməti minimum 200 milyon rand, yəni 15 milyon dollar olan daşınmaz əmlak üçün Stinkampa 20 milyon rand təklif olunub.

Üstəlik, Stinkampla Koletə ailləəri ilə birlikdə villanı tərk etmək üçün 7 gün vaxt verilib.

Onların sözlərinə görə, CAR-da ağdərililərə məxsus fermaların müsadirə prosesi başlanıb.

Milli.Az