Leyla Novruzi Bakıda münsif olacaq

21 Avqust 2018 13:16

Güney azərbaycanlı rejissor Leyla Novruzi Birinci Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Birinci Bakı Beynəlxalq Animasiya Festivalının Münsiflər Heyətinin tərkibi Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, İran və Slovakiyadan olan peşəkarlardan ibarətdir.

2018-ci il oktyabrın 19-dan 21-dək Bakıda keçiriləcək beynəlxalq festivala filmlərin və ssenarilərin qəbulu davam edir.

Qeyd edək ki, Ərdəbildə anadan olan Leyla Novruzi rejissor, yazıçı, şair, jurnalist və aktrisadır. "Mən İsmətəm" adlı sənədli, "Qara yol" bədii filminin rejissoru olan Novruzi "Xeber365.com", "Chaikhana.org" saytlarında, "Mehr" və "Həmşəri" İran qəzetlərində məqalələrlə çıxış edir. İki şeir və bir hekayə kitabının müəllifidir.

Milli.Az