Bitcoin (Simvol: ฿ Kısaltma: BTC) - 2009-cu ildə heç bir bankla əlaqəsi olmayan elektron pul vahididir. Bildirilir ki, indiyə kimi 21 milyon bitçoin istehsal olunub. Onun sahibinin kim olması hələ də naməlumdur. Kod adının Satoşi Nakamoto olduğu bildirilir. Daha sonra isə bu kod adın əslində Corc Vaşinqton universitetində işləyən akademik Nik Szaboya məxsus olduğu açıqlanmışdı. Bəzi ölkələr bitcoini pul vahidi kimi qəbul edib. Qəribə burasındadır ki, illər ötdükcə bitcoinin dəyəri artmaqdadır. Məsələn, 2013-cü ildə 1 bitcoin 13, 56 dollar idi. Bu rəqəm 2014-cü ildə 806 dollar olub.
Bitcoin sistemi necə işləyir?
Elektron poçt sisteminə bənzər bir şəkildə işləyən bitcoin edilən ödəmələrin təsdiqlənməsi üçün açıq açarlı şifrələmə(asimmetrik şifrələmə), nöqtədən nöqtəyə şəbəkə bağlantısı və proof -of work kimi texnologiyalar vasitəsilə ilə istifadə olunur.
Bəs bitcoini necə qazanaq?
Əgər riyaziyyat biliklərinizə arxayınsınızsa və proqramlar üzrə tam bir mütəxəssinizsə onda bitcoini qazana bilərsiniz. Lakin bitcoin mədənçiliyi adalanan bu sistem o qədər çətindir ki, hər adam bunu bacarmaz. Təkcə savadlı olmagınız kifayət etmir, həm də çox yaxşı kompüter sisteminə malik olmalısınız. Yəni kompüterinizin ekran kartı nə qədər qüvvətlidirsə, bitcoin mədənçiliyiniz o qədər asan alınacaq. Bu işi asanlaşdıra da bilərsiniz. Sistemi özünüz qurmursunuz: ya kirayələyirsiniz, ya da satın alırsınız.
Bitcoin qazanmanın digər yolu isə onu real pulla satın almaqdır. Təbii ki, bunun üçün yenə sistemdə bitçoin pul kisəsi (Bitcoin Wallet) yaratmalısınız.
Bəs bu pul vahidinin faydaları və ziyanları nədir?
1. İnfilyasiya riski çox azdır - Pulda infilyasiya o zaman yaranır ki, o pulların istehsal sonu yoxdur. Amma bitcoin bəllidir. Onun sərhəddi 21 milyonda bitir. Artıq istehsal olunmayacaq.
2. Çökmə riski yoxdur - Real pul vahidləri aid olduqları hökumətlərə bağlıdır. Hökumət çökən zaman pul vahidi də yox olur. Bitcoin hər hansı bir hökumətə bağlı olmadığı üçün belə bir risk yoxdur.
3. Təhlükəsiz, sadə və ucuz - Bu sistemdə ödəmə birbaşa edilir. Ona görə daha ucuz başa gəlir. Plastik kart və ya paypal sistemləri ilə ödəniş zamanı isə 3 servisdən istifadə olunur.
4. Gəzdirmək asandır- Milyonlarla bitcoinizi bir balaca kartda daşıya bilərsiniz. Nəqd pulla müqayisədə bu az qala inanılmazdır.
5. İzi bilinmir - Bitcoin pullarının izi görünməz. Bu da o deməkdir ki, sizin nə qədər pulunuz olsa, bundan heç kəs xəbər tutmaz və bu da sizin vergi ödəmək təhlükəsindən azad olunmağınız deməkdir.
Ziyanları
1. İzi bilinmir- Bəzi hökumətlər bu pul vahidini məhz buna görə qəbul etmirlər, çünki qeyri-qanuni satışların reallaşdırıldığı zaman onun alıcısının izi tapılmır. Bu da narkotika və digər qadağan olunmuş ticarətlərin aparılmasına şərait yaradır.
2. İtirmək asandır - Siz plastik kartınızı itirən zaman və ya bank hesabınızda problem olacağı təqdirdə bankla əlaqə quraraq pullarınızı qurtara bilərsiniz.Amma bitcoində belə bir mexanizma yoxdur. Əgər pullarınızın internetdə oğurlanmağını istəmirsinizsə onu internetə bağlantısı olmayan hard disklərdə saxlamalısınız.
3. Alıb-satmaq çətindir- Bu risklərlə yanaşı bu pulu alıb-satmaq da çətindir. Düzdür, hazırda ATM-lər quraşıdırılsa da bu hələ də azdır. Yəni siz onu real pulla dəyişdirməyiniz uzun prossesdir.
4. Bitcoinin məkanı dardır - Hazırda bitcoinlə nələrisə satın almaq azadlığı tam əldə olunmayıb. Bu sistemdə ən yaxşı məsələ sərmayedir. Amma 2009-cu ildə qurulan bi sistemin çox çatışmayan tərəfi var, ola bilsin ki, yeni texnoloji sistemlər onu vurub sıradan çıxarsın.
Milli.Az