İnternetə çıxışı olmayan telefonların satışları artır

23 Avqust 2018 07:22

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Sky News" telekanalının məlumatına görə, internetə çıxış imkanına malik olan smartfonların satış həcmi 2% artım səviyyəsində olub ki, bu da aşağı göstəricidir.
 
Materialın müəllifləri bildiriblər ki, belə tendensiyanın səbəblərindən biri alıcıların gün ərzində sosial şəbəkələrə girişdən uzaq olmaq istəyidir.

Milli.Az