Rusiya səfiri: "Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir"

20 Avqust 2018 13:14

Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir qarşıdan gələn Qurban bayramı ilə bağlı öz təbriklərini çatdırıb:

"Bu, hər kəsi sevgi və mərhəmət ideallarında tərbiyə edən böyük bayramdır. Mən Azərbaycandakı fəaliyyətimə yenicə başlayanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin çıxışını eşitdim. O qeyd edirdi ki, Azərbaycanda müsəlmanlar bərabər hüquqlardan, multikulturalizm və tolerantlığın üstünlüklərindən yararlanır. Mən bunu eşitməkdən çox məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. Ona görə də mən hamını qarşıdan gələn bayram münasibətilə təbrik etmək, hər kəsə mehribanlıq, sağlamlıq, xoşbəxtlik və rifah arzu etmək istəyirəm".

Milli.Az