"Mercedes AMG" komandasının ingiltərəli pilotu Lüis Hemilton beynəlxalq "Formula-1" avtoçempionatında qalib gəlib. O, Əbu Dabi Qran-Prisində finişə rəqiblərin hamısından tez çatıb.
Milli.Az F1-ə istinadən bildirir ki, Hemilton 19 mərhələnin 11-də qalib gələrək 384 xal toplayıb.
Onun komanda yoldaşı, alman Niko Rosberq çempionatı 2-c, "Red Bull"un pilotu Daniel Rikkardo isə 3-cü yeri tutub.
Hemilton artıq ikiqat çempiondur. O, ilk çempion titulunu 2008-ci ildə qazanmışdı.
Milli.Az