Məşhur türkiyəli futbolçu soyuldu

19 Avqust 2018 15:16

Türkiyə millisinin keçmiş futbolçusu Ümid Karan soyğuna məruz qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Milliyət" qəzeti məlumat yayıb.

Məlumata görə, İstanbulda avtomobil salonu açan Ümid Karan qardaşı Aykut Karan tərəfindən soyulub.

Aykut Karanın qardaşının avtomobil salonunu 1 gün ərzində sataraq ABŞ-ın Mayami şəhərinə qaçdığı bildirilib.

Ümid Karan bütün sosial hesablardan qardaşını silib.

Milli.Az