Şıxlinski üçbucağı - VİDEO

18 Avqust 2018 19:07

Bu gün genaral Əliağa Şıxlinskinin vəfat etdiyi gündür. 1943-cü il avqustun 18-də, ikinci dünya müharibəsinin ən pis dönəmində o, Bakıda, ixtiyar yaşında xəstəxanada dünyasını dəyişib. Onun bu xəstəxana kadrlarına görə isə akademik Heydər Hüseynova minnətdar olmalıyıq. O olmasaydı, Əliağa Şıxlinski "Xatirələrim" adlı memuarlarını yazmaz, biz də bu nəhəng generalın keçdiyi hərb yolunu təfərrüatı ilə bilməzdik. Bəs Heydər Hüseynov Əliağa Şıxlinskini necə tanımış və tapmışdı? Axı söhbət 40-cı illərdən gedirsə, deməli müharibədən də qabaq repressiya küləyi əsmiş, cümhuriyyətlə bu və ya başqa şəkildə əlaqəsi olan adamalrın çoxu güllələnmiş, ən yaxşı halda Sibirə sürgün edilmişdi. Əliağa Şıxlinski isə cümhuriyyətin ordu generalı idi və onu öldürməslər də demək olar ki, nəfəsini kəsmişdilər.. Akademiik Heydər Hüseynov onun adını rus yazıçısı Yevgeni Barsukovun əsərindən oxumuşdu. 1939-cu ildə Barsukovun 4 cildlik əsərinin birinci cildi çıxmış və bu kitab böyük səs küyə səbəb olmuşdu.

Heydər Hüseynovun qızı Leyla xanımla da illər qabaq görüşmüşdüm. İndi haqqın dərgahında olan Leyla xanım atasından eşitdiyi o kədərli hadisəni belə xatırlayırdı.

Məhz Heydər Hüseynov Əliağa Şıxlinskidən Xatirələrini yazmağı xahiş edir. Əliağa Şıxlinski səbəblər gətirir.

Heydər Hüseynov Avadyayev soyadlı işçisini Əliağa Şıxlinski üçün ayırır. Şıxlinski diqtə edir, danışır, Avadyayev yazır. Beləcə Xatirələrim əsəri ərsəyə gəlir. O kitab ki, biz həm də ona görə Əliağa Şıxlinskini yaxından tanıyır və ona qiymət veririk. Kim idi Əliağa Şıxlinski? Ruslar ona Artilleriyanın Allahı deyirdilər. Onun Şıxlinski üçbucağı rus-yapon və birinci dünya müharibəsində sınaqdan üzüağ çıxmışdı. Bu üçbucağın mahiyyəti gözlə görünməyən hədəfə atəş açmaqdır. Əliağa Şıxlinskinin mahiyyəti isə onun peşəsinə münasibətdə ortaya çıxırdı. O hərb üçün yaranmışdı..Təpədən dırnağa hərbçi idi. O qədər baacrıqlı hərbçi ki, hətta birinci dünya müharibəsində çar Petroqradın müdafiəsini ona-Əliağa Şıxlinskiyə həvalə etmişdi.

1917-ci ildə Rusiyada inqilab baş verəndən və çar devriləndən sonra O Tiflisə gəlir və sonradan müstəqil Cümhuriyyətin ordusunun əsasını təşkil edən ilk əlahiddə korpusun qurulması işlərinə başalyır. Məhz onun və Səməd bəy Mehmandarovun sayəsində 23 ayda 23-24 minlik ordu yaranır. O heç vaxt ordu üzü görməyən azərbaycan oğullarını orduya cəlb edir, onlara silahla davranmağı, top atmağı öyrədir.

Təəssüf ki, cümhuriyyətin devrilməsi Əliağa Şıxlinski kimi generalların da sonunu gətirdi. Düzdür, o biri generalalrımız kimi onu öldürmədilər. Amma bunun adı heç yaşamaq da deyildi. Əliağa Şıxlinski həyat yoldaşı Nigar axnımı da itirdikdən sonra kasıb, kimsəsiz, insanların tənəsi altında ömrünü başa vurdu. Məzarı Yasamal qəbristanlığındadır. Sevimli həyat yoldaşının, Azərbaycanın ilk tibb bacısı hesab edilən Nİgar xanımın aynında. Nur içində yatsınlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şıxlinski üçbucağı